Əhmədov Elçin

 

"Heydər Əliyev Azərbaycanda kitabxana işi"

 

Professor Abuzər Xələfovun son monoqrafıyasında kitabxana işinin

bütün mərhələləri  öz əksini tapıb

 

Əməkdar elm xadimi Abuzər Xələfov Azərbaycanda ali kitabxanaçılıq təhsilinin yaradıcısıdır ali kitabxanaçılıq təhsilinin təkmilləşməsində böyük xidmətlər göstərib. A.Xələfov kitabxanaşünaslığın nəzəriyyəsi ilə bağlı sanballı dərsliklər, tədqiqat əsərləri yazıb. A.Xələfovun həyat fəaliyyətinin böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti dövrünə təsadüf edir. Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycanda kitabxana quruculuğuna daim diqqət yetirib bu sahədə bir çox nailiyyətlər əldə olunub. O, müli mədəniyyətimizin əsas tərkib his-səsindən biri olan kitabxana işinin inkişafı tərəqqisi problemini həmişə diqqətdə saxlayıb, milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirən kitabxanalarımıza yüksək qiymət verib. A.Xələfovun "Heydər Əliyev Azərbaycanda kitabxana işi" adlı monoqrafiyasında ümummilli liderin Azərbaycanda kitabxana işi sahəsində gördüyü işlər, kitabxana quruculuğunun hüquqi bazasını təmin edən normativ hüquqi aktlar, həmçinin, onlar haqqmda geniş təhlil verilib.

1974-cü ildə kitabxanaların struktur quruluşunda əhəmiyyətli rol oynayan kitabxana işinin mərkəzləşdiriiməsi bu işin bütün mərhələləri məhz Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində baş vermişdir. Müəllif monoqrafiyada haqlı olaraq qeyd edir ki, məhz kitabxana işinin mərkəzləşdirilməsi prosesində Azərbaycanda kitabxana quruculuğu kəmiyyət keyfiyyət göstəriciləri üzrə daha çox nəzərə çarpmışdır. Bu dövrdə Azərbaycan kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana işinin təkmilləşdirilməsi s. problemlər öz həllini tapmışdır. Monoqrafiyada qeyd edilir ki, 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycanın bütün kənd şəhər rayonlarında mədəni-maarif tikintisi problemini sürətlə həyata keçirmiş bu baxımdan hər bir yaşayış massivində kitabxana binasının tikintisinə, kitabla təmin olunmasına müvəffəqiyyətlə nail olmuşdur. Monoqrafiya 7 fəsildən ibarətdir. Monoqrafiyanın I II fəslində Heydər Əliyev haqqında biblioqrafik məlumatlar, onun təltif olunduğu ordenlər, fəxri adlar mükafatlar haqqında məlumatlar öz əksini tapıb. III fəsildə müəllif Heydər Əliyevin müdrik sözlərini ardıcıllıqla vermişdir. IV fəsildə dünyanınm görkəmli siyasətçiləri, elm mədəniyyət xadimlərinin HeydərƏliyev haqqında fikirləri öz əksini tapmışdır. Bu fəsli müəllif elə şərh etmişdir ki, doğrudan da şahidi olursan ki, ümummilli liderimiz qədər dünyəvi əvəzedilməz tarixi şəxsiyyət olmuşdur. Monoqrafiyanm V fəsli "XX əsrin 70-80-ci illərində Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi" adlanır. Bu mərhələ monoqrafiyada kitabxana quruculuğu sahəsində Heydər Əliyevin fəaliyyətinin ən parlaq səhifələrindən biri kimi təhlil edilir.

Bu mərhələnin ikinci hissəsi "Heydər Əliyev müstəqillik illərində Azərbaycanda kitabxana işi" adlanır. Professor bu mərhələni Heydər Əliyevin fəaliyyətini, Azərbaycana yenidən qayıdışını müstəqilliyimizin qarantı kimi təhlil edir. .Monoqrafiyanın bu fəslində, həmçinin, ümummilli liderimizin Azərbaycana qayıdışı yenidən hakimiyyət zirvəsinə yüksəlməsi bunun xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanması əlamətdar hadisə kimi ətraflı şərh edilir.

 Bununla yanaşı, respublikamızın kitabxana şəbəkəsinin müstəqillik illərində inkişaf tempi, maddi-texniki bazanın möhkəmləndirilməsi, respublika kitabxanalarının ayrı-ayrılıqda inkişaf xüsusiyyətləri xarakterizə edilir. Heydər Əliyevin kitabxanalara qayğısı, xüsusilə M.F.Axundov adına milli kitabxanaya gəlişi, onun kitabxana haqqında müqəddəs kəlamları müstəqillik illərində kitabxana quruculuğuna göstərilən ən böyük qayğı kimi ön plana çəkilir.

Monoqrafiyanın VII fəsli digər fəsillər kimi maraqlı məzmunlu işlənmişdir. Belə ki, professor A.Xələfov bu fəsildə Heydər Əliyevin kitabxana işinə dair çıxışlarını, imzaladığı fərmanları, "Kltab-ana işi haqqında" Qanunu, "Mədəniyyət haqqmda" Qanunu, "İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqmda" Qanunu verməklə ümummilli liderin kitabxana işinin hüquqi bazasının yaradılmasında rolunu xüsusi vurğulayır. Monoqrafiyanın sonunda müəllif Heydər Əliyevin Azərbaycanda ali kitabxanaçılıq təhsilinin milli kitabxanaşünaslığının banisi A.Xələfova "Əməkdar elm xadimi" fəxri adını verməsi, k'itabxana ictimaiyyətinə diqqət qayğı kimi qiymətləndirilir.

Ümumiyyətlə, monoqrafiya əməkdar elm xadimi prof. A.Xələfovun Heydər Əliyev haqqında ikinci fundamental əsəridir bu, ümummilli liderimizin Azərbaycanda kitabxana quruculuğu sahəsində gördüyü işlərin ümumi məcmusudur.

 

Yeni Azərbaycan.- 2006.- 17 iyun.- S. 8.